USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır" Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qara dənizdə qayıqda tapılan meyit azərbaycanlı kapitana məxsusdur Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib    
Bu küçədə hərəkət dəyişdiriləcək, 2 prospektdə nəqliyyat yükü azalacaq 

Paytaxt küçələrindən birində hərəkət dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev ASAN Radioya bildirib ki, bu yay hərəkətin dəyişdiriləcəyi ünvanlardan biri Fəzail Bayramov küçəsidir.

M.Ağayev deyib ki, bu küçədə geriyədönmə yerini təşkil etməklə sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq:

"Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətlə dərəcədə artmasına səbəb olur".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio