"Barselona" İspaniya kubokunun qalibi olub. Ötən gecə final oyunu keçirilib. Həlledici oyunda “Barselona” və "Sevilya" üz-üzə gəlib.
Qarşılaşmanın ilk hissəsi “Barselona”nın yarımmüdafiəçisi Maskeranonun meydandan qovulması ilə yadda qaldı. Oyunun əsas vaxtı qolsuz heç-heçə ilə bitib. Matça əlavə olunmuş ilk hissədə “Barselona”nın müdafiəçisi Xordi Alba Lionel Messinin məhsuldar ötürməsindən sonra hesabı açıb. “Sevilya” məğlub durumda irəli atılıb. Lakin Avroliqanın sonuncu qalibinin bütün səylərinə baxmayaraq katalonların qapısından qol keçirə bilməyiblər. Final oyunun sonuncu dəqiqələrində isə Neymar öz sözünü deyərək baxımlı qol vurub.
Luis Enrikenin komandası Kral kubokunu qazanaraq "qızıl dubl"a imza atıb. "Barsa" ümumilikdə 28 dəfə Kral kubokunu qazanıb. "Barselona" bu mövsüm La Liqanın, "Sevilya" isə Avropa Liqasının qalibi olub.
"Barselona" - "Sevilya" - 2:0
Qollar: Xordi Alba, 97, Neymar, 120+2
Qırımızı vərəqlər: Maskerano, 36 ("Barselona"), Baneqa, 90+2 ("Sevilya"), Karriko, 120+1 ("Sevilya")
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!