USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azerbaijan Golden Kids Awards 2018” mərasimi keçirilib

Nizami Kino Mərkəzində Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun - uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş “Azerbaijan Golden Kids Awards 2018” layihəsinin qaliblərinin uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi, qala gecəsi keçirilib.

ASAN Radio xəbər verir ki, Qala gecəsində sənət nümayəndələrindən isə Ramiz Novruz, Cənnət Səlimova, Əliqismət Lalayev, Elnur Məmmədov, Lalə Məmmədova, Nərgiz Cəlilova, Aybəniz Həşımova, Elza Seyidcahan, Elnarə Xəlilova, Fatimə Fətəliyeva, İlqar Xəyal, Eldar Qasımov, Gülnarə Xəlilova, Nahidə Orucova və başqaları iştirak ediblər.

Tədbirin aparıcıları Ruslan Sabirli və Lətafət Ələkbərova açılış üçün Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevi, AKİB-in Mədəniyyət və İncəsənət departamentinin sədri Ülviyyə Bəbirlini və Bəbir Bəbirlini dəvət ediblər. Hər nominantda bir tanınmış sima səhnəyə dəvət olunub.

Həyat Fondunun prezidenti Haci Nurana Azərbaycan Könüllülər İctimai Birliyi adından “Könüllülərin dostu” nominasiyasında ödül, Elnur Məmmədova uşaqlara həsr etdiyi klipinə görə, əməkdar artist Aybəniz Haşımovanın “sənət akademiyasına” isə “ən yaxşı yaradıcılıq mərkəzi” nominasiyasında ödül təqdim olunub.

Layihənin rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyi Mədəniyyət və İncəsənət Departamentinin direktoru Ülviyyə Bəbirlinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü yubileyi münasibəti ilə keçirilmiş layihənin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.

Ümumilikdə qala gecəsində 32 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.

ASAN Radio layihəyə informasiya dəstəyi verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!