USD - 1.7 EUR - 1.902 RUB - 0.0265 TRY - 0.2889 DAHA ÇOX
SON DƏQİQƏ
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri - FOTOLAR Ülvi Mehdiyev: Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilat yaradılacaq Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edilir PSJ Neymarın qiymətini açıqlayıb Səyyar “ASAN Kommunal” Qobuda
BMX velosipedi üzrə dünya çempionatının birinci gününə yekun vurulub

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında veteranların yarışlarına yekun vurulub.

ASAN Radio xəbər verir ki, 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. Kolumbiyalı Xose Luis Diaz Montana ikinci, Braziliya velosipedçisi Qustavo Mesquita Silva üçüncü pillədə qərarlaşıblar.

Çempionatda 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çili təmsilçisi Felipe Perez yarışı ikinci, Tiron Cons (Cənubi Afrika Respublikası) üçüncü pillədə başa vurublar.

Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Niderlandlı Cunni Breyta yarışı ikinci, meksikalı Rodriqa Karrillo üçüncü pillədə qərarlaşıblar.

Həmçinin 45-49 yaş kateqoriyasında niderlandlı Riçard Van Zomeren, Fransa velosipedçiləri Olivier İmbert və Cin Renaud Dukos de Lahitte mükafatçılar sırasında yer alıblar.

Bakı mundialında kişilərin yarışında 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Vinsent Klaessens (İsveçrə) ikinci, Qilles Faivre (Fransa) üçüncü pillədə qərarlaşıblar.

Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Niderlandlı Şaron Van Dek Kolk və portuqaliyalı Ana Oliviera ilk üçlüyü tamamlayıblar.

Mundialda qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Niderland velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb. Avstraliya velosipedçiləri Melanie Qibson və Sendi Kameron müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio