USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Akademik Milli Dram Teatrında Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd olunacaq

İyunun 8-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçiriləcək.

Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunacaq. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və Cəfər Namiq Kamal Sofa Bəsirzadə haqqında çıxış edəcək, onunla bağlı xatirələrini bölüşəcəklər. Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul edilib. Bu teatrda 100-dən çox tamaşada çıxış edib. 1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. Sofa Bəsirzadə 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!