22/10/2018 23:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Gündəm

Kəmaləddin Heydərov zəlzələ bölgəsində


06.06.2018   11:49


İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələ nəticəsində bir sıra fərdi yaşayış evləri və təsərrüfat tikililərində çatlar əmələ gəlib.

Bu barədə ASAN Radio AzVision.az-a istinadla xəbər verir.

Zaqatala rayon icra başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov bildirib ki, çatlar yaranan binaların qəzalılıq dərəcəsini FHN-nin komissiyaları müəyyən edir. T.Əhmədov baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayona gəldiyini deyib.

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə baxış keçirəcək. Ciddi dağıntı yoxdur, sadəcə təsərrüfat tikililərinə, vətəndaşlara məxsus həyatyanı sahələrin divarlarına zərər dəyib, uçma halları var. Zaqatalada həyat normal axarı ilə davam edir, heç bir ajiotaj, panika yoxdur”.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook