19/10/2018 23:44

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Rəsmi

Prezident Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayırıb


07.06.2018   18:14


Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

ASAN Radionun məlumatına görə, M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook