19/09/2018 16:47

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9848 0.0253 0.2664


Birjadasan

Bu yolda hərəkət məhdudlaşdırılır


08.06.2018   10:55


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

ASAN Radioya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook