USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib Maliyyə bazarlarında yoxlama aparılacaq - Qanun dəyişdi HHM bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Bakıda İslahatçılar Alyansının sammiti keçirilir

ASAN Radionun məlumatına görə, bu gün Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başlayıb.

Sammitin açılışında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin sammit iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O, Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə eyni vaxta düşməsini yüksək qiymətləndirib: "Azərbaycan çox vacib ölkədir. Burada sabitlik hökm sürür, bu isə əməkdaşlıqda mühüm amildir. Azərbaycan əldə etdiyi uğurlara, mühüm roluna görə dünyada öz layiqli yerini tutur".

Sammit çərçivəsində "Enerji təhlükəsizliyi", "İqtisadi azadlıq", "Rəqəmsal iqtisadiyyat", "Təhsil transformasiyası", "Nəqliyyat və əlaqə" və "İdarəetmə və lokallıq" mövzularında panellər keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio