USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək Lukaşenko: Dedim Serj, 5 rayonu Azərbaycana qaytar, dedi qaytarsam... Azərbaycanda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, səyyar ASAN xidmət 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində, 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 30 may – 13 iyun Mərdəkan qəsəbəsində, 4 – 13 iyun Göytəpə şəhərində, 4 – 14 iyun Aşağı Ağcakənd qəsəbəsində, 4 iyun – 3 iyul Qax şəhərində, 11 – 20 iyun Pirəkəşkül qəsəbəsində, 12 – 21 iyun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

Notariat fəaliyyəti;

 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

 

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

 

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

 

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

 

Əmək pensiyalarının təyin edilməsi;

 

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

 

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

 

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio