25/06/2018 03:54

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9745 0.0267 0.3585


Birjadasan

Babək prospektində təmir işləri başa çatdıqdan sonra xüsusi avtobus zolaqları çəkiləcək


11.06.2018   14:37


Babək prospektində təmir işləri başa çatdıqdan sonra burada xüsusi avtobus zolaqları çəkiləcək.

ASAN Radio xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018), VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgilərində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakıda avtobuslar üçün xüsusi hərəkət zolağının təşkili üçün 9 ünvan müəyyən edilib ki, bunlardan ikisində - Yusif Səfərov və Məhəmməd Füzuli küçəsində - artıq bu zolaqlar təşkil olunub.

Babək prospektində təmir başa çatandan sonra həmin ərazidə də avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsi planlaşdırılır.




Xəbər lenti

23 İyun
22 İyun













ASAN Radio telefonunuzda
Facebook