USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Robbi Uilyams, Aida Qarifullina və braziliyalı Ronaldo açılış mərasimi şousunda iştirak edəcəklər

İngiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo Rusiyada təşkil olunan Mundialın açılış mərasiminin şousunda iştirak edəcəklər.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda Rusiya və Səudiyyə Ərəbistan komandaları arasında keçiriləcək dünya çempionatının açılış matçından əvvəl təşkil olunacaq möhtəşəm mərasimdə bu üç dünya ulduzu tamaşaçıların qarşısına çıxacaq.

“Bu gözəl və əlamətdar gündə yenidən Rusiyada olmaqdan çox məmnunam. Həyatda çox uğurlar qazanmışam, lakin dünya çempionatının açılış mərasimində 80 min tamaşaçının qarşısında çıxış etmək, dünyanın ən tanınmış və bahalı idmançıları ilə bir yerdə olmaq mənim üçün yalnız uşaqlıq xəyalıdır”, - deyə Robbi Uilyams bildirib.

Braziliyalı Ronaldo isə açılış mərasimində iştirakı ilə bağlı fikirlərini belə bölüşüb: “Dünya çempionatının açılış matçı həmişə çox möhtəşəm keçir. Çünki bu, dörd illik uzun müddətdən sonra çox gözlənilən andır. Mundialın keçiriləcəyi bu dörd həftə ərzində nələr baş verəcəyini heç kəs dəqiq bilmir. Ancaq hər kəs bilir ki, bu, unudulmaz bir turnir olacaq. Dörd il əvvəl Braziliyada keçirdiyim dünya çempionatında olan hisslərimi indi rusiyalı futbolsevərlər ilə paylaşdığım üçün çox xoşbəxtəm”.

Vyana Dövlət Operasının solisti Aida Qarifullina da bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Heç vaxt təsəvvür etməzdim ki, belə möhtəşəm tədbirin – öz ölkəmdə keçirilən futbol üzrə dünya çempionatının bir hissəsi olacağam. Rusiyada bir aylıq futbol festivalının yekununda – iyulun 15-də hansı komandanın öz arzusuna nail olacağını görəcəyik”.

Qeyd edək ki, dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Çempionatın ilk oyununda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!