USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Qurtuluş gününə həsr olunmuş “Vətən nəğməsi” layihəsi baş tutub

Azərbaycan Dövlət Televiziyasının Azərbaycan Milli Konservatoriyası ilə birgə Milli Qurtuluş gününə həsr olunmuş “Vətən nəğməsi” adlı layihəsi baş tutub.

ASAN Radio xəbər verir ki, layihənin ideya müəllifi Arif Alışanov, musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir. Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən “Vətən nəğməsi”nin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur. Layihədə Azərbaycan Televiziyası  və Radiosunun Niyazi  adına  Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştirak  ediblər. Layihənin səs  rejissoru Faiq Babayevdir. Layihədə Azərbaycanın tanınmış incəsənət  xadimləri, Azərbaycan Milli Konservatoriyasının professor və müəllim heyəti iştirak edib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!