USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İçərişəhərdə “Summer Food Fest” yemək festivalı təşkil ediləcək

Yay mövsümünün ən qızğın vaxtıdır və lap tezliklə, iyunun 15-dən 1 iyula kimi İçəri Şəhərdə, Bakıda ən iri küçə yeməyi festivalı olan "Summer Food Fest" keçiriləcək.

ASAN Radio xəbər verir ki, festival iştirakçılarının menyusunda əsas özəllik münasib qiymətlər olacaq. Məsələn, adi vaxtda 20 manat olan yemək festival çərçivəsində onun "street food" versiyası sizə cəmi 5 manata başa gələcək.

Bundan başqa ölkənin ən yaxşı DJ şəbəkələrindən ibarət gündəlik marafon, "Indian Night", "Jazz Night", "Voice of Summer Food Fest" və s. tematik gecələr planlaşdırılıb. 

Məhz əyləncələrin müxtəlifliyi sayəsində festivalda həm uşaqlar, həm də onların valideynləri şən vaxt keçirəcəklər.

Qeyd edək ki, layihənin təşkilatçısı Aylin Seyidovadır. 

Artıq iyunun 15-dən, saat 11:00-dən hər kəsi "Summer Food Fest" festivalına gəlməyə dəvət edirik. Giriş biletsizdir.

Yarım ay ərzində fasiləsiz bayram yaşayacaqsınız!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!