USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində görüşü olub. ASAN Radio bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirilib.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb.

Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirildi. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edilib.

Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulanıb, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı qeyd edilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio