USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

Ermənistanın təcavüz və işğalı nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistanın beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Nəticə etibarilə, hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.

 

ASAN Radionun məlumatına görə, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlamasında deyilir.

 

Açıqlamada deyilir ki, Azərbaycan Respublikası məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması problemi həll olunana qədər onların həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür: "Son 20 ildə Azərbaycan Respublikası tərəfindən məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard ABŞ dolları həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün ev və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi əsaslı yerli inteqrasiya kimi nəzərdən keçirilmir. Öz doğma torpaqlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçimdir. İşğal olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması Azərbaycan hökumətinin qəti əzminin təzahürü olaraq post-konflikt reabilitasiya və məcburi köçkün probleminin həll olunması baxımdan unikal və uğurlu pilot layihədir.

 

Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb".

 

XİN rəsmisi deyib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir:

 

"Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməni əsilli qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib.

 

Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır.

 

Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!