20 iyun tarixində Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Əl-Tayyib Louhun rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı "ASAN xidmət" mərkəzində olub.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 22 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Bundan başqa "ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görüldüyü də vurğulanıb.
XƏBƏR LENTİ