USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ali Hərbi Məktəbdə məzunlarının buraxılışına həsr olunmuş mərasim keçirilib

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr olunmuş mərasim keçirilib.

ASAN Radionun APA-ya istinadla məlumatına görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, nazirliyin yüksək rütbəli zabitləri, ictimaiyyət nümayəndələri və məzunların yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edən Zakir Həsənov hərbi məktəbi bitirən məzunları təbrik edib. Nazir qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır: "Ordumuzun gücünü artıran onun savadlı və bacarıqdı zabitlərinin olmasıdır. Ölkə başçısı cənab İlham Əliyev zabitlərimizə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bir neçə gündən 500-dən çox zabitimiz evlə təmin olunacaq".

Nazir qeyd edib ki, hərbi qulluqçular üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir: "Aprel döyüşləri və bir müddət əvvəl Naxçıvanda həyata keçirilən əməliyyatlar onu göstərdi ki, ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir".

Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

Onlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!