USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Əlcəzairin ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə etdi, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın Əlcəzair ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi əlaqələr çox yaxşı səviyyədədir, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev keçən il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin növbəti mərhələsində iqtisadi əməkdaşlıq məsələlərinə daha çox diqqət yetirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, qeyd etdi ki, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi, o cümlədən insanlar arasında əlaqələr, turistlərin qarşılıqlı səfərləri böyük önəm daşıyır. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf ediləcəyinə əminliyi ifadə etdi.

Ədliyyə naziri Tayeb Louh Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair Prezidenti dövlətimizin başçısına fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqına Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı inkişaf və tərəqqi arzulayır. Tayeb Louh bildirdi ki, Əlcəzair dövlətinin başçısı Azərbaycan ilə münasibətlərin inkişafına yüksək diqqət yetirir və bu istiqamətdə müvafiq tapşırıqlar verib. Nazir ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu və bu əlaqələrin getdikcə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarına və təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!