USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məhəmməd Salaha Çeçenistanın fəxri vətəndaşlığı verilib

Futbol üzrə Misir millisinin və İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salaha Rusiya Federasiyası Çeçenistan Respublikasının fəxri vətəndaşlığı verilib.

ASAN Radio xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşıdır. Bu, məhz belədir. Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım. Misir yığmasının şərəfinə verdiyim təntənəli şam yeməyində Məhəmməd Salaha fərmanın surətini və döş nişanını təqdim etdim. Bu, layiqli addır”.

Kadırovun sözlərinə görə, minlərlə uşaq, yeniyetmə və yaşlı insan dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətdə olmaq imkanı qazanıb. O, Çeçenistanın “Axmat” klubunun Misir yığması ilə Qroznıda nə vaxtsa yoldaşlıq görüşü keçirəcəyinə əminliyini bildirib.

Misir yığması dünya çempionatındakı ilk iki oyunda Uruqvaya 0:1, Rusiyaya isə 1:3 hesabı ilə uduzaraq, mundialda “play-off” mərhələsinə çıxmaq şansın itirib. Misir millisinin “Rusiya 2018”də yeganə qolunu Məhəmməd Salah ev sahibləri ilə görüşdə 11 metrlik cərimə zərbəsindən vurub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!