USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Afrika şəhər və yerli hökumət orqanları "ASAN xidmət" təcrübəsindən yararlanacaq 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin BMT Dövlət Xidmətləri Forumunda iştirakı davam edir.

Agentlikdən ASAN Radioya verilən məlumata görə, forum çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarını dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.

Həmçinin nümayəndə heyəti Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassi, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin Dövlət Xidmətləri İnnovasiyaları bölməsinin rəhbəri Con Mari Kauzya ilə gələcək əməkdaşlıq, birgə fəaliyyət üzrə konkret layihələrin müzakirəsinə həsr olunmuş görüşlər keçirib.

Forum çərçivəsində “Fəaliyyətə keçməyin vaxtıdır: Hansı fəaliyyətlər, hansı alətlər, hansı vasitələr” mövzusunda “UCLG Afrika” təşkilatı tərəfindən təşkil olunan paneldə “ASAN xidmət” barədə təqdimat edilib. Təqdimatda “ASAN xidmət” təcrübəsinin həm şəffaflığın tətbiqi və korrupsiya ilə mübarizə, həm də səmərəli və keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi baxımından unikal bir mexanizm olduğu ayrı-ayrı nümunələrlə, qabaqcıl idarəetmə prinsiplərinin kontekstində diqqətə çatdırılıb. İnteraktiv müzakirələrlə davam edən paneldə Afrika nümayəndələri “ASAN xidmət” təcrübəsinin dünyanın müxtəlif regionlarında, xüsusilə də Afrikada tətbiqinin üstünlüyü və zəruriliyi ilə bağlı fikirlər səsləndirib, şərhlər qeyd ediblər.

Forum builki qaliblərin BMT Dövlət Xidmətləri mükafatı ilə təltif edilmə mərasimi ilə öz işini başa çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!