USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi

Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 25-də gecə Türkiyə vaxtı ilə saat 2:50-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə möhtəşəm qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında da vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb.

Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edək ki, dövlət başçısı İstanbulda da Türkiyə xalqına müraciət ünvanlayıb. Səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!