USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ramil Qasımovdan Silahlı Qüvvələrin 100 illiyinə - “Vətən əsgəri” marşı 

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı Azərbaycanın tanınmış vokal ifaçısı, əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımov yeni “Vətən əsgəri” layihəsini təqdim edib. ASAN Radio bildirir ki, musiqisi xalq artisti, bəstəkar Faiq Sücəddinova, sözləri əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaniyə aid olan layihənin ideya müəllifi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri (AzTV) Arif Alışanov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayev, rejissor Elnur Məmmədov, musiqi redaktorları Nigar Qarayeva və Riad Quliyevdir. Layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşkilatçılığı ilə baş tutub. 

“Vətən əsgəri” marşı AzTv-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri və Cahangir Cahangirov adına Xorun müşayiəti ilə lentə alınıb. Layihənin səs rejissoru Faiq Babayevdir. 

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş layihəylə bağlı Ramil Qasımov fikirlərini bölüşüb: “Azərbaycan Ordusu ilə hər bir azərbaycanlı qürur duyur. Silahlı Qüvvələrimiz Ali baş komandanımızın sayəsində güclü və qüdrətlidir. Bu gün hər birimiz qürur hissi keçiririk ki, biz müstəqil dövlətdə yaşayırıq, xalqımız bu Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızı unutmur, onları elliklə yad edir. Bu qürur hissini isə bizə qüdrətli, müstəqil Azərbaycan və onu qoruyan güclü Ordumuz yaşadır. Qüdrətli Azərbaycan Ordusu müstəqilliyimizin qarantıdır. Yeni lentə aldığımız “Vətən əsgəri” marşı zənnimcə Ordumuzun 100 illiyinə bir töhfə olacaq. 

Belə bir şərəfli gün münasibəti ilə bağlı layihə hazırlamaq mənə çox böyük qürur və şərəf hissi yaşadır. Fürsətdən istifadə edib layihənin gerçəkləşməsində əməyi olan hər bir kəsə  minnətdarlığımı bildirirəm. Və əlbəttə ki, hər kəsi bu şərəfli gün münasibətiylə təbrik edirəm. Hər zaman güclü və qüdrətli ol, Azərbaycan Ordusu!”.

Onu da bildirək ki, sözügedən “Vətən əsrgəri” layihəsi iyunun 26-dan etibarən Azərbaycan Dövlət Televiziyası və “Mədəniyyət” kanalında nümayiş olunacaq.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!