USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Silahlı Qüvvələr Günü münasibəti ilə təntənəli mərasim keçirilib

Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümünün böyük izdihamla qeyd edildiyini deyən Z. Həsənov 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanıldığını, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi “Azərbaycan Ordusu” günü kimi elan edildiyini bildirib: “O tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib. 1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan  azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunmuşdur. O cümlədən, 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük nailiyyətlər əldə edib. 1991-ci ildə, xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılıb və Ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddət ərzində Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilib. Bu gün Azərbaycan Ordusu, Azərbaycan Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutub. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir”.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir: “Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir. Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, Respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək”.

 

Sonra bayram münasibətilə Hərbi Paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmələri haqqında Müdafiə nazirinin əmri oxunub.

Tədbir bayram konserti ilə yekunlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!