19/07/2018 03:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9794 0.0271 0.3539


Dövlət xidmətləri

 “Milli Ön” terminalları “ASAN Ödəniş”də!


27.06.2018   16:35


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində “Milli Ön” terminallarının “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini “Milli Ön” ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Layihənin növbəti mərhələsində vətəndaşlar və hüquqi şəxslər “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulmuş istənilən bank, poçt şöbələri ödəniş portalları və terminalları,  həmçinin “Milli Ön” ödəniş terminalları vasitəsi ilə vergi, rüsum, DSMF və digər növ dövlət ödənişlərini həyata keçirə biləcəklər. Bu istiqamətdə işlər davam etdirilməkdədir. 

Qeyd edək ki, “ASAN Ödəniş” dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmışdır. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi “ASAN ödəniş” dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, eləcə də www.hesab.az, www.e-pul.az, www.portmanat.az ödəniş portalları, “e-Manat” və “Milli Ön” ödəniş terminalları vasitəsi ilə təmin edilir.  

 

 

 




Xəbər lenti

18 Iyul













ASAN Radio telefonunuzda
Facebook