USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət” modeli AVRONEST Parlament Assambleyasının sessiyasıda  təqdim olunub

İyun ayının 24-dən 28-dək AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilib. 

Plenar sessiyada Azərbaycandan deputatlardan ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Aİ-nın bir sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Brüsseldə  keçirilən sessiya çərçivəsində Avropa  İttifaqı  və  Şərq  Tərəfdaşlığı  ölkələrində  təhlükəsizlik  çağırışları, insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, bu ölkələrə  xarici  investisiyaların qoyulması, qeyri-rəsmi əmək  məsələlərinin həlli və işçilərin sosial  təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” modeli və “ASAN xidmət” çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib. 

Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

Daha sonra sessiyada müzakirə olunan mövzulara toxunularaq bildirilib ki, müzakirə mövzusu olan məsələlərlə bağlı daimi olaraq Azərbaycanda müsbət yöndə islahatlar aparılır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi sessiyada müzakirə olunan qeyri-rəsmi əmək  məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılıb. Mərkəz əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir. 

Sonda Dövlət Agentliyi tərəfindən vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatlar çərçivəsində həyata keçirilən “ASAN Viza” , “ASAN kommunal”, “ASAN ödəniş”  “ASAN Radio”,  “ABAD”  və s. layihələr haqqında geniş məlumat verilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!