19/07/2018 03:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9794 0.0271 0.3539


Dövlət xidmətləri

Əlcəzair nümayəndə heyəti “ASAN xidmət”də


28.06.2018   16:44


27-28 iyun 2018-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Məsələlər və Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini Boumediene Mahinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizə səfər edib.

Səfər çərçivəsində qonaqlar “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət avtobusu, ASAN radio, ASAN Təlim-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 22 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin şöbələri tərəfindən təqdimatlar edilib, həmçinin AZINNEX Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.




Xəbər lenti

18 Iyul













ASAN Radio telefonunuzda
Facebook