USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetində Big Data Hackathon 2018 müsabiqəsi keçirilir

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın dəstəyi ilə 29-30 iyun tarixlərində ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən Data Analizi üzrə Tədqiqat Mərkəzi (CeDAR) tərəfindən texnoloji məsələlərin həlli üzrə mütəxəssislər arasında Big Data Hackathon 2018 müsabiqəsi həyata keçirilir.

Gənc mütəxəssislər arasında keçirilən bu müsabiqənin başlıca məqsədi “Böyük Verilənlər” (Big Data) təhlilləri vasitəsi ilə müəyyən biznes problemlərinin optimal həllinin tapılmasından ibarətdir. Big Data Hackathon 2018-in iştirakçıları biznes ehtiyacların qarşılanması üçün yaradılacaq məhsulun prototipin hazırlamaqla yanaşı, biznes mühitində onun rəqabətlilik potensialını da digər mütəxəssis və ekspertlərlə müzakirə etmək imkanları əldə edəcəklər.

PAŞA Bankın sədri Taleh Kazımovun sözlərinə görə yaxın 3 il ərzində Bank əsas səylərini öz biznes fəaliyyətinin transformasiyası və bütün məhsul və xidmətlərinin rəqəmsal kanallar vasitəsi ilə təşviq edilməsi üzərində cəmləşdirmişdir. Məhz bu baxımdan, Big Data Hackathon 2018 tədbirinin dəstəklənməsi və ekspert qismində müsabiqədə iştirak PAŞA Bank üçün böyük maraq və əhəmiyyət kəsb edir.

“Bazardakı mövqeyimizi “Rəqəmsal Sahənin Ən Arzuolunan İşəgötürəni” qismində müəyyən etməklə, PAŞA Bank nəinki gənc və bacarıqlı mütəxəssisləri Big Data təhlilləri vasitəsilə perspektivli texniki həllərin yaradılmasında dəstəkləməyi, eləcə də tərtib etdikləri texniki həllərin praktikada tətbiq edilməsi üçün lazımi şəraiti yaratmağı qarşısına məqsəd qoymuşdur. Əminəm ki, bu növ tədbirlərdə iştiraka maraq proqram təminatı tərtibatçıları, biznes icmasının nümayəndələri, eləcə də yeni texnologiyaların biznes mühitində tətbiq edilməsində maraqlı olan səhmdarlar arasında getdikcə artacaq”- deyə T. Kazımov fikrini yekunlaşdırmışdır.

ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Dr. Araz Yusubov qeyd etmişdir ki, PAŞA Bank ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tərəfdaşıdır, eləcə də fakültənin rəhbərliyi altında 2018-ci ildə həyata keçirilən bir sıra tədbirlərin sponsoru qismində çıxış edir. İlin əvvəlindən PAŞA Bank 4-cü beynəlxalq Big Data Day forumu, eləcə də mühəndislik və robototexnika üzrə məktəblər-arası yarışın keçirilməsinə də dəstək göstərmişdir. Bu tərəfdaşlıq gənc mütəxəssislər üçün yeni fürsətlər yaratmaq baxımından da əlamətdardır”, -  deyə A. Yusubov vurğulamışdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!