USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"EgyptAir” təyyarəsi ilə bağlı yeni iddialar

"EgyptAir” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi partlayıb. Bu barədə Misir ekspertləri deyib. Onların fikrincə,  partlayış təyyarənin göyərtəsində qeydə alınıb. Belə deməyə isə təyyarə sərnişinlərinin qalıqları əsas verir.

TASS-ın məlumatına görə, mənbə Qahirə morqlarından birinə təyyarə qurbanlarının qalıqlarının 80 fraqmenti gətiridiyini deyib. Qalıqların üzərində güclü partlayış izləri məhz təyyarədə bomba olduğunu deməyə səbəb olub. "Orada bütöv qalan bir cəsəd belə yoxdur". 

Lakin "Reuters"in ekspert qrupundan olan mənbəsi isə qalıqlar üzərində hələlik partlayış izləri tapılmadığını deyib. 

Paris-Qahirə reysini həyata keçirən sərnişin təyyarəsi mayın 19-da yoxa çıxıb. “EgyptAir”aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Hava gəmisinin göyərtəsində 69 nəfər olub. Təyyarədə olanlardan 59-u sərnişin, 10-u isə şəxsi heyət olub. Sərnişinlər arasında 3 azyaşlının da olduğu qeyd edilib. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!