USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Z.Həsənov: “Münaqişə tezliklə həll olunmazsa, düşmən Ordumuzun gücünü hiss edəcək”

İyunun 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

MN-nin mətbuat xidmətindən ASAN Radioya verilən xəbərə görə, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları bir daha təbrik edən Müdafiə naziri hərbi paradda iştirak etmiş şəxsi heyətin, eləcə də döyüş texnikası və aviasiya vasitələrinin heyətlərinin hazırlığını yüksək qiymətləndirib. Nazir müxtəlif ölkələrdən bayram tədbirləri ilə əlaqədar Azərbaycana gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətlərinin yubiley mərasimlərinin təşkili, xüsusilə də hərbi paradın keçirilməsindən məmnun qaldıqlarını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov yüksək səviyyədə keçirilmiş bayram tədbirlərinin ölkəmizin hərbi qüdrətini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edib.

Cəbhədəki mövcud vəziyyətə toxunan Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Ali Baş Komandanın çıxışlarında səsləndirdiyi torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq fikrini vurğulayan Müdafiə naziri bildirib: “Münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də Ordumuzun silahının gücünü öz üzərində hiss edəcəkdir”.

İyulun 2-dən 6-dək cəbhə bölgəsində keçiriləcək genişmiqyaslı təlimlərə toxunan Müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Nazir qeyd edib ki, təlimlərdə əsas diqqət işğal olunmuş ərazilərin azad edilməsinin müxtəlif ssenariləri üzrə qoşunların tətbiqi və müvafiq döyüş tapşırıqlarının icrası, o cümlədən düşmənin bütün hərbi infrastrukturunun məhv edilməsi üçün nəzərdə tutulan ən müasir silah və hərbi texnikanın praktiki tətbiqinə yönəldilməlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!