Tələbə Qəbulu Komissiyasının (TQDK) Kollegiyası “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi haqqında inzibati reqlament”də dəyişiklik edib. Dəyişiklik namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesində şifrin (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) ləğvi ilə bağlıdır. Bundan sonra namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, soyadı, adı, atasının adı və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edəcək. Bu günə qədər namizəd elektron ünvana keçib iş nömrəsini, şifri və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edirdi.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!