19/07/2018 03:46

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9794 0.0271 0.3539


İdmandasan

Seneqal Futbol Federasiyası FIFA-ya müraciət edib


02.07.2018   15:37


Seneqal Futbol Federasiyası (FSF) FIFA-ya iki məktub göndərib. Bu məktublarda dünya çempionatında pley-off mərhələsində çıxış üçün feyr-pley meyarı qaydasına yenidən baxılması xahiş olunur.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, 2018-ci il dünya çempionatının qrup mərhələsinin yekunlarına əsasən Seneqal və Yaponiya yığmalarının göstəriciləri eyni olub, lakin seneqallılarla müqayisədə daha az sarı vərəqə almış Yaponiya yığması əlavə göstəricilərə görə pley-off mərhələsinə çıxıb. DC-2018-in qrup mərhələsində Asiya komandası Polşa yığması ilə yekun matçının 75-ci dəqiqəsindən etibarən hücumu dayandırıb. Nəticədə Yaponiya yığması bu görüşdə 0:1 hesabı ilə məğlub olub.

Seneqal Futbol Federasiyasının məktublarından birində deyilir: “Federasiya belə hesab edir ki, Yaponiya yığması Polşa ilə matçın hesabı onu qane etməyə başlayanda Yaponiya yığması sözün hərfi mənasında oyunu dayandırıb. Yaponiya yığmasının məşqçisi matçdan sonra mətbuat konfransında bu faktı inkar etmədi. Biz buna görə şokda idik. Gələcəkdə FIFA bu cür oynayan komandaları cəzalandırmalıdır.

Seneqal Futbol Federasiyası təəssüflənir ki, Yaponiya yığması özünün cəzasız qalacağını hiss edərək feyr-pley prinsiplərinə əməl etməyib. Belə hallarda vərəqələrin sayılması qaydasının mənası yoxdur”.




Xəbər lenti

18 Iyul













ASAN Radio telefonunuzda
Facebook