USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kim Çen In hərbi hissəyə “Lada Priora” avtomobili ilə gəlib

KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun hərbi hissələrinin təftişini həyata keçirmək və onların işlərinə yerində rəhbərlik etmək üçün yenidən müəssisələrə getməyə başlayıb.

ASAN Radio TASS-a istinadla xəbər verir ki, iyunun 30-da Kim Çen In hərbi hissələrin birindəki yoxlamaya Rusiya istehsalı olan “Lada Priora” avtomobili ilə gəlib. Bu, Cənubi Koreya və digər ölkə KİV-lərinin diqqətini dərhal cəlb edib. Mediada dərc olunan şəkillərdə Şimali Koreya liderinin avtomobilin arxa oturacağında əyləşdiyi görünür.

Qeyd edək ki, “Lada Priora” avtomobili 2009-2012-ci illərdə Rusiyada ən kütləvi satılan avtomobil olub. 2017-ci ilin aprel ayınadək “AvtoBAZ” tərəfindən istehsal edilən bu marka avtomobillərin sayı 1 milyon ədədə çatıb. Cari ilin mayında isə “Lada Priora”nın istehsalı dayandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!