USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazirin müavini Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün çağırış edib

Bu gün Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Memorandumu baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycanla Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılmasıdır.

Ə. Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Ə. Əhmədov deyib ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində meydana çıxan ağır humanitar böhranın həllində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında Federasiyanın xidmətləri var.

Baş nazirin müavini iyulun 11–də məcburi köçkün soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər rayonu ərazisində öz doğmalarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini nəzərə çatdırıb. Qeyd edib ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində fəal işlər aparılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy təmsil etdiyi təşkilatla Azərbaycan Hökuməti arasında əməkdaşlığın gücləndirilməsinin yaxşı imkanlar açacağına əminlik ifadə edib. Azərbaycan dövlətinin öz yurd-yuvalarından didərgin düşən soydaşları üçün yaratdığı şəraiti yüksək dəyərləndirdiklərini vurğulayan baş katib əsas hədəflərinin təkcə Azərbaycanda deyil, bütün regionda ehtiyacı olan insanların həyat şəraitini öyrənməklə onlara yardım etmək olduğunu bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!