USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ABAD”çı ailələrin yeni məhsulları satışa çıxarıldı

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb.

Belə ki, artıq “Bravo” marketlər şəbəkəsində Masallı, Balakən və Bakıdan olan bu ABADçıların yüksək keyfiyyətli ət və süd məhsulları öz alıcılarını gözləyir:

- Ələsgərovlar ailəsinin “Bəh-bəh” brendi altında təqdim olunan iki növ sosislər - bişmiş və hisə verilmiş və südlü sosislər;

- Şabanovlar ailəsinin “Bizim nemət” brendi altında təqdim olunan iki növ kolbasalar - kabanossi və krakovskaya kolbasaları;

- Hüseynovlar ailəsinin “Talalar” brendi altında təqdim olunan iki növ pendirlər - kaşar və saçaq pendirləri. 

Yerli bazarda bu məhsullar ənənəvi komponentlərin mükəmməlliyi ilə fərqlənir.  Tərkibində 100 faiz yüksək keyfiyyətli məhsullardan istifadə olunur və heç bir kimyəvi qatqı əlavə olunmur. Əlavə olunan təbii ədviyyatlar ət və süd məhsullarına xüsusi dad və ətir verir.

Qeyd edək ki,  publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar “ABAD”ın təqdim etdiyi zəruri avadanlıqlarla təchiz edilən mobil konteynerlərdə istehsal edilir. Məhsullar texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma testlərini keçib. “ABAD” leyblı altında buraxılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. 

Eyni zamanda satışa “Şirindil” brendi altında qənnadı məhsulları, “Avey” adı altında spirtli içkilər, “ABAD” və BMT-nin İnkişaf Proqramı əməkdaşlığı çərçivəsində ərsəyə gələn bal brendləri də satışa çıxarılıb: “Babadağ”, “Sarı gəlin”, “Balçı”, “Faydalı”, “Kəhraba”, “1001 çiçək”.

Xatırladaq ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!