USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zakir Həsənov hərbi qulluqçuları Alxanlıya göndərdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olaraq, bir il öncə erməni təxribatının qurbanı olan yaş yarımlıq Zəhra və onun nənəsinin məzarını ziyarət ediblər.

Müdafiə Nazirliyindən ASAN Radioya verilən məlumata görə, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz etmiş, günahsız insanları hətta qocaları, qadınları, körpələri qətlə yetirmişlər. Ötən əsrin əvvəllərində də belə olmuş, bugün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir.

Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük hiddətinə səbəb olmuş və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınmışdır.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloij Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə Nazirliyi rəhbərliyi adından körpə şəhidlə nənəsinin vəfatı ilə əlaqədar bir daha onların ailəsinə baş sağlığı verərək səbir və dözüm arzulayıb. İdarə rəisi qeyd edib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də məsum Zəhranın ruhu şad olacaq.

Hərbi qulluqçulardan polkovnik Elşad Əbilov, Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov və başqaları çıxış edərək tezliklə şəhidlərimizin qisasının alınacağına dair əminliklərini bildirdilər.

Salman baba nəvəsinə və ömür-gün yoldaşına göstərilən daimi ehtiram və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!