USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MBNP: Enerji fasiləsi bank sektoruna ciddi təsir etməsə də, bəzi problemlər yaradıb

Palatada dərhal qərargah yaradılıb və nəzarət sektorlarının fövqəladə fəaliyyət planının tətbiqi nəzarətə götürülüb

“Banklarda risklərin idarə olunması haqqında” Qaydalara əsasən hər bir bankda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunur. Fövqəladə hallar planına uyğun olaraq banklarda fövqəladə hallarda pozulmuş fəaliyyətin bərpa edilməsi üçün əvvəlcədən məsul şəxslər müəyyən olunur.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev “APA-Economics”ə bildirib ki, qiymətləndirmələr elektrik enerjisində kəsintinin bank sektoruna ciddi təsiri olmadığını göstərib. “Xüsusilə, kəsintinin bankların iş saatlarına təsadüf etməməsi (24 saat işləyən filial və şöbələr istisna olmaqla) yaranmış problemin effektiv həll edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, bankların əksəriyyətinin generator, ups avadanlıqları ilə təchiz olunması, rabitə qurğularının, serverlərin, video müşahidə sistemlərinin, bankomatların işləkliyini fasiləsiz təmin edib, nəticədə biznesin təhlükəsizliyi və fasiləsizliyi baxımından ciddi problemlər yaranmayıb,” – deyə Palata rəsmisi qeyd edib.

 

E. Allahverdiyev bununla belə, banklarda müəyyən olunan bəzi problemlərə də toxunub: “Bankların bəzi xidmət şəbəkələrində generatorlar normadan artıq işlədiyi üçün isinib və fəaliyyətində müəyyən fasilələr yaranıb, qısaqapanma və ya ups avadanlıqlarının elektrik enerjisinin tükənməsi, eləcə də şəbəkə problemi ilə əlaqədar bəzi xidmət bölmələri və bankomatların iş rejimində fasilələr yaranıb, az sayda ups avadanlığı, kompüter avadanlıqları sıradan çıxıb və yararsız hala düşüb. Yaranmış situasiya ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında dərhal qərargah yaradılıb və nəzarət sektorlarının fövqəladə fəaliyyət planının tətbiqi nəzarətə götürülüb. Koordinasiya nəticəsində sektorda fasiləsiz və davamlı fəaliyyət, müştərilərə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin qorunması, təhlükəsizlik tədbirlərinin fövqəladə situasiyalara adekvat olaraq gücləndirilmiş rejimdə həyata keçirilməsi Palata tərəfindən təmin edilib”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!