USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İpoteka kreditləşməsi bərpa olunacaq

Azərbaycanda ipoteka kreditləşməsi iyun ayından etibarən bərpa olunacaq.

Bunu AzVision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, hazırda sənədləşmə işləri aparılır: 

“İpoteka ilə bağlı böyük dəyişiklik edildi. Bildiyimiz kimi, cəmiyyətin tabeçiliyi dəyişdirildi. Bu, müəyyən qədər vaxt aparan iş idi. Hazırda hüquqi sənədləri hazırlanır. Sənədlər bu ay başa çatacaq ki, iyun ayından ipotekanın verilməsi bərpa olunsun”.

Sosial mənzillərin tikilməsi ilə bağlı məsələyə toxunan V.Əhmədovun sözlərinə görə, artıq bir sıra rayonların icra başçılarına bununla bağlı göstərişlər verilib: “Rayon icra hakimiyyətləri həmin məzillərin tikilməsi ilə əlaqədar layihələr üzərində işləyirlər. Hazırda bu işlər davam etdirilir. Düşünürəm ki, artıq sentyabr ayından etibarən bunun nəticəsini görəcəyik”.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradılıb. 

Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!