USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
‘’Hərbiyyə’’ hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək.

 “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin  hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.

Əsgər simulyasiya oyunu formasında qurulacaq düşərgə hərbi hissə və səhra şəraitində təşkil olunacaq və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin olunacaqlar. Otel və ev şəraitindən fərqli, məişət şəraitli düşərgədə 9 regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edəcək. 

“Hərbiyyə” hərbi – vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.

Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.   

Qeydiyyat üçün link: http://herbiyye.asanyouth.az/ 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!