USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“EgyptAir” təyyarəsindən kabinada hərarətin yüksəlməsi barədə məlumat ötürülüb

Aralıq dənizinə düşən “EgyptAir” təyyarəsinin elektron sistemindən qəzadan əvvəl uçuş zamanı 11 məlumat ötürülüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, Misirin “Əl-Əhrəm” nəşri bildirir ki, ötürülən məlumatlar mühərriklərin normal çalışması barədə olub. Lakin qəzaya bir neçə dəqiqə qalmış təyyarədən “pilotların olduğu kabinanın sağ pəncərəsində hərarətin dəyişməsi barədə məlumat daxil olub”.  

Məlumata görə, kabinanın sağ hissəsində yüksək hərarət barədə 12.26-da daxil olan ilk məlumat üç dəqiqə ərzində bir neçə dəfə dəfə də təkrar ötürülüb, sonra isə təyyarə ilə əlaqə tam kəsilib.

Nəşrin məlumatına görə, təyyarə Paris hava limanından havaya qalxmazdan öncə “EgyptAir” aviaşirkətinin texniki işçisi tərəfindən yoxlanılıb, onun texniki vəziyyəti ilə bağlı heç çatışmazlıq müəyyən edilməyib. Bu fakt bort jurnalında təyyarənin kapitanı tərəfindən onun şəxsi imzası ilə də təsdiqlənib.

Qeyd edək ki, “EgyptAir” aviaşirkətinin  Paris-Qahirə marşrutu üzrə uçan “A320” təyyarəsi mayən 19-da radarlardan itib. Təyyarənin göyərtəsində 66 nəfər olub. Onların hamısının öldüyü ehtimal olunur. Təyyarənin qalıqları Aralıq dənizində, Yunanıstanın Karpatos adası yaxınlığında aşkarlanıb.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!