18/09/2018 23:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


Birjadasan

Bu yollarda rənglənmə işləri aparılır


09.07.2018   11:10


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən ASAN Radioya məlumat verilib.

Məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bildirilir ki, anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyədək olan hissəsində də aparılacaq.

Burada rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.




Xəbər lenti

18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook