USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Birgə bəyanat: Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb   Bu il "Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb Prezident İlham Əliyev Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib İndiyədək 5144 vərəsəyə birdəfəlik ödəmə verilib
XİN: Ermənistanın danışıqlar prosesi üçün şərt qoyması qəbuledilməzdir

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir”.

ASAN Radionun xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli bəyanatlar verildiyini vurğulayan H.Hacıyev bildirib ki, bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib: “Ermənistanda bu gün hakimiyyətdə olan qüvvələr yüksək reytinqlərini saxlamaq üçün müharibə ritorikası və yaxud proseslərin formatını təhrif edən açıqlamalar verirlər. Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlar prosesinin tərkib hissəsidir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə şərt qoymasını qəbul etmir: "Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio