21/11/2018 01:40

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9459 0.0259 0.3191


ASAN xəbər

Qubada bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb


09.07.2018   14:28


İyulun 9-da Quba rayonu ərazisində yerləşən otellərin birində baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağ gəzintisi üçün nəzərdə tutulan kanat yolunda baş verən bədbəxt hadisə nəticəsində Qubanın Amsar kənd sakini, 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu həlak olub.

Xəsarət alan rayon sakinləri Rafiq Həsənov və Ruhid Əliməmmədov isə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.














ASAN Radio telefonunuzda
Facebook