20/11/2018 19:35

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9459 0.0259 0.3191


ASAN xəbər

Bakıda “ADA – Avropa Birliyi 2018” yay məktəbi fəaliyyətə başlayıb


09.07.2018   16:15


Bu gün ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bir ay davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, “ADR 100 – şərqdən qərbə”, “İnformasiya texnologiyaları üzrə mütəxəssislər”, “Ən yaxşı kiçik bankçı”, “Ətraf mühitin qorunması” mövzularında mühazirələr keçiriləcək.

Təlim iştirakçıları təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.














ASAN Radio telefonunuzda
Facebook