USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli QHT Forumunun BƏYANATI

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bəyanat yayıb.

ASAN Radionun xəbərinə görə, bəyanat mətnində deyilir:

Müstəqil xarici və daxili siyasət yürüdən Azərbaycanın uğurları gündən günə artmaqdadır. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun liderinə çevrilmiş  ölkəmiz dünyada həm də davamlı ictimai-siyasi sabitliyin bərqərar olduğu dövlətlərdən biri kimi tanınır.

Təəssüflər olsun ki, hər zaman olduğu kimi, günümüzdə də Azərbaycanın inkişaf səviyyəsindən, güclənməsindən narahat olan antimilli qüvvələr təxribatlar törətməyə, insanlar arasında hakimiyyətə qarşı inamsızlıq yaratmağa, dövlətçiliyin əsaslarını sarsıtmağa çalışırlar. Azərbaycan vətəndaşlarının öz dövlətinə olan sevgisi, onun daha da qüdrətlənməsi və müstəqil siyasi xəttin davam etdirilməsi üçün nümayiş etdirdiyi iradə hər zaman belə təxribatların qarşısının alınmasında müstəsna rol oynayıb. 

Bu günlərdə Gəncədə ölkə prezidentinin yerli nümayəndəsinə - şəhər icra hakimiyyətinin başçısına qarşı həyata keçirilən terror hadisəsi əslində məqsədli şəkildə dövlətçiliyimiz əlehinə hazırlanmış təxribatdır. Təsadüfi deyil ki, bu terror hadisəsindən sonra ölkəmizə qarşı düşmən mövqedə olan daxili və xarici qüvvələr vahid mövqedən çıxış edərək cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməyə başlamışlar. 

Biz ölkə QHT-ləri olaraq dövlət rəsmisinə qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, hər zamankı kimi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduğumuzu bəyan edirik. 

Hesab edirik ki, ölkəmizdə sabit ictimai-siyasi vəziyyətin qorunub saxlanılması və möhkəmləndirilməsi siyasi düşüncəsindən, ictimai baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənafeyi üçün vacibdir. Ona görə də həmvətənlərimizi təxribatçı çağırışlara uymamağa, xarici dairələrin əlində alət olan şəxslərin əməllərini birmənalı pisləməyə çağırırıq. Şübhə etmirik ki, müstəqilliyimizə, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd, həmişə olduğu kimi, bu dəfə də hakimiyyətlə xalqın birliyi sayəsində iflasa uğrayacaq. 

Bəyanat öz tərkibində  705 təşkilatı birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfindən qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!