USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərdoğanın andiçmə mərasimi keçirilib

İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilən Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə iyulun 8-də Türkiyədə Uzunkörpü-İstanbul marşrutu ilə hərəkət edən sərnişin qatarının qəzaya düşməsi nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin dövlət himni səsləndiriləndən sonra Ali Seçki Komissiyasının tərtib etdiyi prezidentlik vəsiqəsi Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub.

Türkiyə Prezidenti mərasimdə and içib və çıxış edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edəcək.

Sonra xarici ölkələrin və Türkiyə rəsmilərinin iştirakı ilə rəsmi ziyafət olacaq.

Rəcəb Tayyib Ərdoğan yeni prezidentlik dövründə fəaliyyətə başlaması münasibətilə təşkil olunan rəsmi ziyafətə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilat rəhbəri və çox sayda digər xarici qonaq və yerli ictimaiyyətin nümayəndəsi qatılacaq.

Azərbaycanı bu mərasimdə Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin yekunu ilə bağlı rəsmi məlumatına görə, ölkə üzrə təxminən 60 milyon seçicinin 26 milyon 330 min 823 nəfəri Rəcəb Tayyib Ərdoğana səs verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!