20/07/2018 22:27

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9828 0.0267 0.3529


ASAN xəbər

“Xırdalan dairəsi”ndən Avtovağzalın qarşısınadək olan hissədə hərəkət məhdudlaşdırılacaq


09.07.2018   18:45


Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı “Xırdalan dairəsi”ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində təmir işləri davam etdirilir.

Bu barədə ASAN Radioya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədlə gecədən səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.




Xəbər lenti

20 Iyul
19 Iyul













ASAN Radio telefonunuzda
Facebook