USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib Maliyyə bazarlarında yoxlama aparılacaq - Qanun dəyişdi HHM bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin Gəncə hadisəsi ilə bağlı BƏYANATI  

10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin şəhərin İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhdi Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş cinayət əməli, Vətənimizə, Dövlətimizə, Prezidentimiz İlham Əliyevə qarşı açıq xəyanətdir. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

 

Təəssüf ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

 

ASAN Radionun məlumatına görə, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi şəhid olan Azərbaycan polislərinin ailələrinə, bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

 

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi əmindir ki, bu qanunazidd hərəkətlərdə məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanın zəifləməsini arzulayan daxili və xarici qüvvələrinin əvvəlcədən planlaşdırılmış növbəti uğursuz cəhdi idi. Gəncə şəhərində törədilmiş cinayətlərin, həmçinin xalq-iqtidar birliyini pozmağa yönəlmiş bu xəyanətkar planın bütün təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb edilməli və layiqli cəzalarını almalıdılar.

 

Bəyan edirik ki, Azərbaycanın vətəndaş cəmiyyətinin bir hissəsi olaraq “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində törədilmiş cinayəti qətiyyətlə pisləyir, Azərbaycanda dövlətçiliyin, inkişafın və sabitliyin qarantı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir, bu həssas dönəmdə Azərbaycan cəmiyyətini dövlətimiz və dövlətimizin başçısı ətrafında sıx birləməyə çağırır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio