Avropa İttifaqının rəsmiləri Tvitter hesablarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar.
ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, prezident Donald Tuskun Tvitterində vurğulanır: “Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin Tvitterində aşağıdakı məlumat verilib: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.
Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun Tvitterində qeyd edilib: “Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!