USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir “Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb “ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
XİN: Aİ tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri barədə bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən ASAN Radioya verilən xəbərə görə, bəyanatda deyilir ki, səfər çərçivəsində dövlət başçısı Avropa İttifaqı Şurasının mənzil-qərargahında Aİ Şurasının prezidenti  Donald Tusk ilə görüşüb və görüş əsnasında hərtərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb:

”Prezident İlham Əliyev və prezident Donald Tuskun müşayiəti altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədi paraflanıb.

Tərəfdaşlıq Prioritetləri sənədinin 1-ci bəndində təsbit olunduğu kimi, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırıblar. Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.

Sənəddə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla, ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısında pay sahibi olaraq əsas investisiya tərəfdaşı olduğu bildirilir. Azərbaycan və Avropa İttifaqının birbaşa enerji və nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə strateji məqsədlərini nəzərə alaraq, Tərəfdaşlıq Prioritetləri sənədi Azərbaycanın strateji enerji tərəfdaşı rolunu, coğrafi mövqeyinə görə təbii nəqliyyat qovşağı olaraq bağlantıları genişləndirmək, ticarət və logistikanı inkişaf etdirmək və regionda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrini inkişaf etdirmək kimi imkanlar təqdim etdiyi vurğulanır. Cənub Qaz Dəhlizinin yekunlaşması və vaxtında Azərbaycan qazının Avropa bazarlarına çatdırılması da sənəddə əsas prioritet istiqamətlər kimi təsbit olunub. Tərəfdaşlıq Prioritetləri yaxşı idarəçilik, mobillik və insanlararası əlaqələr, mədəniyyətlərarası dialoq, humanitar və təhsil və digər qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlığı ehtiva edir”.

Azərbaycan XİN qeyd edib ki, prezident İlham Əliyevin 2017-ci ildə Avropa İttifaqına səfəri və onun ardınca Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıb: “Tərəfdaşlıq Prioritetləri, “20 Deliverables for 2020” və tərəfdaşlıq sazişinin tezliklə yekunlaşdırılması ilə digər layihələr Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün mühüm zəmin və hərtərəfli çərçivə yaradır. Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio